İQTİSADİYYAT
“AZƏRDƏMİRYOLBANK”IN KREDİT PORTFELİ 36080 MİLYON MANAT TƏŞKİL EDİR
“Azərdəmiryolbank” Səhmdar-İnvestisiya Bankının kredit portfeli iyunun əvvəlinədək 36080 milyon manat təşkil etmişdir. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əhalidən 30021 milyon manat məbləğində depozit cəlb olunmuşdur. Beş ay ərzində 9775 milyon manat gəlir, o cümlədən 3815 milyon manatlıq faiz gəliri əldə edilmişdir. Qısamüddətli dövlət istiqrazlarından 75 milyon manat, valyuta alqı-satqısından 1364 milyon manat, bank əməliyyatlarından 3011 milyon manat həcmində gəlir götürülmüşdür. Göstərilən dövr ərzində bankın ümumi xərcləri 7940 milyon manat olmuşdur ki, bunun da 1465 milyon manatı faiz, 1087 milyon manatı əməliyyat, 1195 milyon manatı valyuta alqı-satqısı xərcləri, 3109 milyon manatı inzibati xərclər, 1093 milyon manatı ehtiyat fondu xərcləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:25]
DGK sədri Misir səfiri ilə görüşüb
- 28.03.2024 [11:05]