İQTİSADİYYAT


“AZƏRDƏMİRYOLBANK” BEYNƏLXALQ SƏVİYYƏLİ YÜKSƏK REYTİNQ ALMIŞDIR

Beynəlxalq “Fitch Ratinqs” reytinq şirkəti “Azərdəmiryolbank” səhmdar bankını yüksək “CCC+” K/S-C, İND D/E və 5 dəstək riski reytinqinə layiq görmüşdür.

Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, belə yüksək qiymət “Azərdəmiryolbank”ın göstəricilərinin yaxşılaşdırılmasına yönəldilmiş məqsədyönlü fəaliyyətinin nəticəsi və onun sabitliyinin daha bir təsdiqidir.

“Azərdəmiryolbank” dünyanın tanınmış klirinq bankları - ABŞ-ın “Deutsche Bank Trust Company Americas N.Y.”, “American Express Bank N.Y.” ilə əməkdaşlıq edir. “Azərdəmiryolbank” uzun müddətdir Avropanın RZB (Avstriya) və Dresdner Bank AG (Almaniya), Avstriya Bankı, Commerz Bank AG (Almaniya) və bir çox digər yüksək dərəcəli bankları ilə də sənədli biznes sahəsində işbirliyi qurmuşdur.

Bu banklar “Azərdəmiryolbank” SB-yə on milyonlarla ABŞ dolları və avro məbləğində kredit xəttləri ayırmışlar. Bu vəsait xarici ticarət sahəsində idxal və ixracın maliyyələşdirilməsi ilə məşğul olan müştərilərin kreditləşdirilməsinə yönəldilmişdir.

Bankın təşəkkülündə və inkişafında, habelə dünya maliyyə sisteminə inteqrasiyasında bu maliyyə qurumunun 1997-ci ildən əməkdaşlıq etdiyi Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və TASİS Proqramı müsbət rol oynamışdır.

“Azərdəmiryolbank” SB-nin Almaniya-Azərbaycan Fondu ilə bu ildən başlanan əməkdaşlığı da, şübhəsiz, onun fəaliyyətinə müsbət təsir göstərəcəkdir.

1997-1999-cu illərdə bankda AYİB-in təşəbbüsü ilə xarici məsləhətçilər tərəfindən “Bankın instutusional inkişaf proqramı” hazırlanmış və həyata keçirilmişdir. İşlər 600 min ABŞ dollarından çox vəsait ayırmış Avropa Birliyinin maliyyə yardımı hesabına görülmüşdür.

Bu proqramın gerçəkləşdirilməsi nəticəsində bank öz büdcəsini mərkəzləşdirmək, vahid balans tətbiq etmək, kredit işinin aparılmasını təkmilləşdirmək, bununla da fəaliyyətini beynəlxalq standartlar səviyyəsinə qaldırmaq imkanı qazanmışdır.

Son illər “Azərdəmiryolbank”da PricewaterhouseCoopers Beynəlxalq audit şirkəti tərəfindən hər il audit yoxlamalrı aparılır.

Səmərəli fəaliyyəti sayəsində bank Azərbaycanın bank xidmətləri bazarında aparıcı yerlərdən birini tutmuş, habelə beynəlxalq maliyyə təsisatları tərəfindən tanınmışdır. Beynəlxalq maliyyə dairələrində çox böyük nüfuza malik “Fitch Ratinqs” kimi şirkətin “Azərdəmiryolbank”a verdiyi beynəlxalq reytinq buna əyani sübutdur. Bankın yüksək reytinq alması onun sabit, etibarlı, şəffaf və investisiya nöqteyi-nəzərindən cəlbedici maliyyə təsisatı imicini təsdiqləmiş və möhkəmləndirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.