İQTİSADİYYAT


“AZƏRDƏMİRYOLBANK” ÖLKƏMİZİN MÜDAFİƏSİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ ÖZ TÖHFƏSİNİ VERİR

“Azərdəmiryolbank” Səhmdar Bankının kollektivi hər ay maaşlarının 1 faizini Azərbaycan Respublikasının Müdafiə Fonduna köçürmək barədə qərar qəbul etmişdir.

Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkəmizin etibarlı müdafiəsi üçün çevik, döyüş qabiliyyətli, müasir texnika ilə təchiz edilmiş ordunun olmasının vacibliyini dərk edən “Azərdəmiryolbank”ın kollektivi dövlətimizin müdafiə qabiliyyətinin artırılması işinə öz töhfəsini verməyə çalışır.

Bu, bankın Vətənimizin müdafiəçilərini dəstəkləyən yeganə aksiyası deyildir. Məsələn, bu maliyyə qurumunun dəstəyi ilə Novruz bayramında hərbi hissələrdə idman tədbirləri keçirilmiş, yarışlarda iştirak edən əsgərlərimizə qiymətli mükafatlar və xatirə hədiyyələr təqdim olunmuşdur. Hərbi hissələrdə tanınmış müğənnilərin iştirakı ilə konsertlər, digər təşkil tədbirlər edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.