İQTİSADİYYAT
“AZƏRENERJİ” ABŞ ŞİRKƏTİ İLƏ MƏSLƏHƏTLƏŞMƏLƏR APARIR
Layihənin rəhbəri Denis Şikarın başçılığı ilə şirkətin ekspertlər qrupu məruzəni Azərbaycan tərəfi ilə razılaşdırmaq və son variantını baxılmaq üçün “Azərenerji” SC-nin və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbərliyinə təqdim etmək üçün yaxın vaxtlarda Bakıya gələcəkdir.
ABŞ şirkəti respublikanın enerji obyektlərinin modernləşdirilməsi, ötürücü sistemlərin etibarlılığının artırılması və enerji itkisinin azaldılması üzrə kompleks işlərin aparılmasına dair AYİB-in elan etdiyi müsabiqənin qalibidir.
Mətbuat xidmətindən bildirmişlər ki, bu layihə üçün 50-60 milyon ABŞ dolları məbləğində kredit ayrılması barədə Azərbaycan hökuməti ilə AYİB arasında ilkin razılaşma əldə edilmişdir.
ABŞ ekspertləri bundan əvvəl ölkəmizin əsas energetika obyektlərində, ilk növbədə, istilik elektrik stansiyalarında real vəziyyətlə tanışlıq məqsədi ilə Azərbaycanın bölgələrində səfərlərdə olmuşlar.
Alınmış məlumatlar əsasında hazırlanmış hesabatda elektrik enerjisinin istehlakçılara ötürülməsini yaxşılaşdırmaq və bütövlükdə, sahənin səmərəliliyini artırmaq üçün öncül vəzifələr müəyyənləşdirmişdir.