İQTİSADİYYAT


“AZƏRENERJİ” GÜRCÜSTANA YARDIM ETMƏYƏ HAZIRDIR

“İmereti” elektrik xəttinin sahələrindən birində baş vermiş partlayış nəticəsində Gürcüstan ərazisinin 80 faizi elektrik enerjisindən məhrum olmuşdur. Bununla əlaqədar “Azərenerji” SC Gürcüstana yardım etməyə hazırdır.

SC-nin baş mühəndisi Marlen Əsgərov bildirmişdir ki, sentyabrın 4-də günortaya qədər Gürcüstan tərəfindən bu barədə xahiş daxil olmamışdır. Fövqəladə hallarda qarşılıqlı yardım haqqında 2002-ci ildə imzalanmış müqaviləyə əsasən, Gürcüstan tərəfindən müvafiq xahiş daxil olarsa, “Azərenerji” SC qonşu dövlətə elektrik enerjisi verməyi öhdəyə götürmüşdür.

Xatırladaq ki, sentyabrın 3-də naməlum şəxslər “İmereti” yüksəkgərginlikli elektrik xəttinin bir hissəsində partlayış törətmişlər. Bu xətt İnquri SES-də hasil edilən elektrik enerjisini ölkənin regionlarına ötürür. Gürcüstanın yanacaq və energetika naziri Mamuka Nikoleişvili bildirmişdir ki, hadisə nəticəsində ölkə ərazisinin 80 faizi elektrik enerjisindən məhrum olmuşdur. Onun sözlərinə görə, “İmereti” elektrik xəttinin müxtəlif sahələrində bu cür hadisələrin müntəzəm təkrar olunması təxribat törədildiyini söyləməyi əsas verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.