İQTİSADİYYAT


“AZƏRENERJİ” MÜASİR DİSPETÇER SİSTEMİ YARADIR

Azərbaycanda elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üzrə Milli Dispetçer Mərkəzinin yaradılması proqramı çərçivəsində, energetika sistemində müasir məlumat toplama və dispetçer idarəetmə sisteminin (SCADA) yaradılması planlaşdırılır.

“Azereneji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sistemin yaradılması onun üç əsas tərkib hissəsinin təşkilini tələb edir. Bunlar, məlumatları real zaman rejimində araşdıran və idarə edən Aralı terminal (RTU), dispetçer idarəetmə mərkəzi – Baş terminal (MTU) və telekommunikasiya sistemlərindən (rabitə kanalları) ibarətdir.

Hazırda “Azərenerji” ASC-də SCADA sisteminin tətbiqi ilə əlaqədar dispetçer idarəetmə sisteminin inkişaf layihəsinin hazırlanması üçün məsləhətçi xidmətlərinin ödənilməsi Yaponiyanın Siyasi və İnsani Ehtiyatların İnkişafı Fondunun qrantı hesabına həyata keçiriləcəkdir. Azərbaycanın energetika sahəsində müasır, dünya standartları səviyyəsinə uyğun bir sistemin yaradılması dispetçer idarəetməsinin səmərəliliyini daha da artıracaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.