İQTİSADİYYAT
“AZƏRİQAZBANK”IN İSTİQRAZLARININ EMİSSİYA PROSPEKTİ QEYDƏ ALINMIŞDIR
Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, xarici sərmayədarları da cəlb etmək üçün Bakı Fond Birjası ilə bağlanmış müqaviləyə əsasən, emissiya prospektinin ingilis dilində digər bir variantını Ernst ənd Younq şirkəti hazırlamışdır. Bankın istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında keçiriləcəkdir. Emissiya prospektinin həcmi 2 milyon ABŞ dolları, dövriyyə müddəti 5 il, illik kupon dərəcəsi isə 7 faiz təşkil edir. İstiqraz sahiblərinin isə bir istiqraz üzrə müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanmış faizləri, eləcə də tədavül müddəti sona çatanda istiqrazların nominal dəyərini almaq hüququ vardır.
Bakı Fond Birjasında istiqrazların yerləşdirilməsinə cari il martın 5-də başlanacaqdır. Emissiya prospekti ilə tanış olmaq istəyənlər birjaya müraciət edə bilərlər.