İQTİSADİYYAT
“AZƏRİQAZSAZLAMA” SƏHMDAR CƏMİYYƏTİNİN 30 YAŞI TAMAM OLMUŞDUR
Yubiley mərasimində çıxış edənlər səhmdar cəmiyyətin fəaliyyətindən razı qaldıqlarını bildirdilər. Azərbaycanın tanınmış qaz təsərrüfatı mütəxəssislərinin, əmək veteranlarının təbrikləri səsləndi. Əldə olunan nailiyyətlərdə “Azəriqaz” Səhmdar Cəmiyyəti rəhbərliyinin qayğısı minnətdarlıqla qeyd olundu.
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov kollektivi yubiley münasibətilə təbrik etdi. Azərbaycanın qaz təsərrüfatı işçilərinin 80 illik yubileyi ərəfəsində “Azəriqazsazlama” Səhmdar Cəmiyyətinin yaranmasının 30 illiyinin tamam olması və kollektivin bu bayramı yüksək əmək göstəriciləri ilə qeyd etmələrinin iftixar hissi doğurduğunu söylədi. Səhmdar cəmiyyətin sədri Azərbaycanın qaz təsərrüfatının inkişafına dövlətimizin son illərdə xüsusi qayğısından minnətdarlıqla söhbət açdı. Bütün qaz təsərrüfatı işçilərini qarşıdan gələn prezident seçkilərində fəal iştirak edəcəklərinə, Azərbaycanda həyata keçirilən strateji siyasətin davam etdirilməsinə səs verəcəklərinə əmin olduğunu söylədi. Mərasimin sonunda kollektivin bir qrup üzvünə fəxri fərmanlar təqdim olundu.
X X X
Bu günlərdə Azərbaycanda qaz təsərrüfatı yaranmasının 80 illiyi tamam olur. Bu münasibətlə avqustun 22-də ölkəmizdə bir sıra zona müşavirələri keçirilmişdir.