İQTİSADİYYAT
“AZƏRİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SUALTI NEFT KƏMƏRİNİN ÇƏKİLİŞİ İLİN SONUNADƏK BAŞA ÇATACAQ
Onun sözlərinə görə, 186 kilometr uzunluğunda olan 30 düyməlik boru kəmərinin inşasına iyunda başlanmışdır və işlər cədvəl üzrə gedir. Artıq 30 kilometr boru düzülmüşdür. Hər gün 1,5 kilometr boru çəkilir. Eyni zamanda, sahildə boruların betonla örtülməsi işləri görülür və bu, noyabrda başa çatdırılacaqdır.
Sualtı boru kəməri “Azəri” yatağının mərkəzi hissəsində qazma və neft hasilatı üçün platformanı Səngəçal terminalı ilə birləşdirəcəkdir. Kəmər modernləşdirilmiş borudüzən “İsrafil Hüseynov” barjı vasitəsilə çəkilir. Bu barjdan ümumi dəyəri 8,6 milyard dollar olan “Azəri” layihəsi çərçivəsində bütün sualtı kəmərlərin çəkilməsində istifadə ediləcəkdir.
“Azəri” layihəsi çərçivəsində birinci neft kəmərinin buraxılış gücü gündə 500 min barrel olacaqdır. Onun tikintisi 186 milyon dollara başa gələcəkdir. ABƏŞ buraxılış gücü ildə 700 milyon kubmetr olacaq 28 düyməlik sualtı qaz kəmərinin tikintisinə də bir o qədər vəsait qoymağı planlaşdırır.
Ümumiyyətlə, “Azəri” layihəsi çərçivəsində Xəzərin dibi ilə uzunluğu 600 kilometrdən artıq olan boru kəmərləri çəkiləcəkdir.