İQTİSADİYYAT


“AZƏRLOTEREYA” FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR

“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətində mətbuat konfransı keçirilmişdir. İdarə heyətinin sədri Cəmil Sultanov ASC-nin ötən ilki və 2003-cü ilin birinci yarısındakı fəaliyyəti barədə məlumat verdi. O bildirdi ki, “Azərlotereya” Cənubi Qafqazda Avropa Dövlət Lotereyaları və Lottolar Assosiasiyasına daimi üzv qəbul edilmiş yeganə qurumdur.

“Azərlotereya” dövlət təşkilatı kimi respublika ərazisində hər növ lotereyaların təşkili, keçirilməsi və buraxılışı üçün məsuliyyət daşıyır. ASC ötən il dövlət büdcəsinə 1 milyard 346 milyon manat məbləğində vergi ödəmişdirsə, cari ilin altı ayı ərzində bu rəqəm 7,8 milyard manata çatmışdır. Həmin dövrdə “Azərlotereya”nın Quba, Xaçmaz, Gəncə, Bərdə və Lənkəranda nümayəndəlikləri açılmışdır. Hazırda “Azərlotereya”nın mütəxəssisləri iki yeni layihə üzərində işləyirlər. Layihələri cari ilin sonunadək başa çatdırmaq nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.