İQTİSADİYYAT


AZƏRPOÇT-UN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Azərpoçt Dövlət Müəssisəsinin nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının yaradılmasının 130 illiyi münasibətilə Kiyevdə keçirilmiş Ümumukrayna poçt forumunda iştirak etmişdir.

Müəssisədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ikigünlük forumda poçt sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yollarından danışılmış, beynəlxalq əlaqələrin genişləndirilməsində belə tədbirlərin əhəmiyyəti vurğulanmışdır.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun foruma ünvanlanmış təbrik məktubu oxunmuş, rabitəçilərimizin “Qız qalası” xatirə hədiyyəsi təqdim olunmuşdur.

Belə görüşlərin geniş perspektivlər açdığını söyləyən Ukraynanın rabitə və nəqliyyat naziri Georgi Kirpa ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, rabitə sahəsində də qarşılıqlı əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.