İDMAN


“AZƏRREYL” İTALİYA KLUBUNA MƏĞLUB OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, yanvarın 11-də Avropanın qadın voleybol komandaları arasında çempionlar liqasının qrup oyunları çərçivəsində doqquzuncu turun görüşləri keçirilmişdir.

Bu yarışda ölkəmizi təmsil edən “Azərreyl” komandası İtaliyada Peruca şəhərini təmsil edən “Pallavolo Sirio” komandasının qonağı olmuşdur. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 3:0 hesabı ilə italiyalıların xeyrinə başa çatmışdır.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə Faiq Qarayevin yetirmələri 3:2 hesabı ilə qələbə qazanmışdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.