İDMAN
“AZƏRREYL” KOMANDASI İSPANİYA ÇEMPİONUNU 3:1 HESABI İLƏ MƏĞLUB ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 30-də Avropanın qadın voleybol klubları arasında çempionlar liqasının qrup oyunları çərçivəsində IV turun görüşləri keçirilmişdir.
“Azərreyl” komandası Bakı İdman Sarayında İspaniya çempionu “Tenerife” klubunu qəbul etmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 3:1 hesabı ilə (25:23, 25:20, 10:25, 25:17) Azərbaycan voleybolçularının xeyrinə başa çatmışdır.
Xatırladaq ki, qrup oyunları çərçivəsində İtaliyanın “Pallavolo Sirio” klubuna 3:2, Xorvatiyanın “Mladost” və İspaniyanın “Tenerife” komandalarına 3:1 hesabı ilə qalib gələn, Türkiyənin “Vakifbank” klubuna 2:3 hesabı ilə uduzan baş məşqçi Faiq Qarayevin yetirmələri hazırda 7 xalla turnir cədvəlində ilk yerlərdən birini tuturlar.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 22.09.2023 [16:25]
“Araz-Naxçıvan”ın baş məşqçisi azarkeşlərə müraciət edib
- 22.09.2023 [16:02]
Avropanın məşhur futbol funksioneri "Neftçi"nin idman direktoru təyin olunub
- 22.09.2023 [15:46]
Vurğun Hüseynov: Etiraf edirəm ki, komanda daxilində çatışmazlıqlar var
- 22.09.2023 [14:52]
Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdosunun maskotu təqdim olunub
- 22.09.2023 [14:03]
Bakı Böyük Dəbilqə turniri: Azərbaycanın iki cüdoçusu yarımfinala çıxıb
- 22.09.2023 [13:33]
Əsl Avropa komandası - ŞƏRH
- 22.09.2023 [13:23]
Azərbaycanın finala çıxmış güləşçisi: Çox həyəcanlı idim
- 22.09.2023 [13:11]