İDMAN
“AZƏRREYL” KOMANDASI POLŞA ÇEMPİONUNUN QONAĞI OLACAQDIR
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, dekabrın 8-də Avropanın qadın voleybol komandaları arasında çempionlar liqasının qrup oyunları çərçivəsində V turun görüşləri keçiriləcəkdir.
Bu yarışda ölkəmizi təmsil edən “Azərreyl” komandası həmin gün Polşanın “Kalisiya” klubunun qonağı olacaqdır. Baş məşqçi Faiq Qarayevin yetirmələri bu oyuna hazırlıq məqsədilə artıq bir neçə gündür Moskvada təlim-məşq toplanışında iştirak edirlər. Qızlarımız dekabrın 7-də Varşavaya yola düşəcəklər.
Oyunu rusiyalı Georgi Pogin və fransalı Giles Qaup idarə edəcəklər. Xatırladaq ki, “Azərreyl” qrup oyunları çərçivəsində keçirdiyi 4 oyundan üçünü qələbə ilə başa vuraraq, 7 xalla turnir cədvəlində ilk yerlərdən birini tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]
Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik
- 29.03.2024 [14:19]
Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
- 29.03.2024 [14:11]
Bakı kəndləri arasında futbol turniri başlayır
- 29.03.2024 [13:36]