“AZƏRREYL” KOMANDASI POLŞA ÇEMPİONUNU QƏBUL EDƏCƏKDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də Avropanın qadın voleybol komandaları arasında çempionlar liqasının qrup oyunları çərçivəsində VI turun görüşləri keçiriləcəkdir.
“Azərreyl” komandası həmin gün Bakı İdman Sarayında Polşa çempionu “Kalisiya” klubunu qəbul edəcəkdir. Görüş saat 18.00-da başlanacaqdır. Oyunun komissarı Ante Matiaça (Xorvatiya), hakimləri isə Yuray Mokri (Slovakiya), Vladimir Biberdir (Ukrayna).
Xatırladaq ki, çempionlar liqasının qrup oyunları çərçivəsində komandaların ilk görüşü dekabrın 8-də Varşavada keçirilmişdi. Həmin görüş 3:1 hesabı ilə baş məşqçi Faiq Qarayevin yetirmələrinin xeyrinə başa çatmışdı. “Azərreyl” komandası indiyədək keçirdiyi 5 oyundan dördünü qələbə ilə başa vuraraq 9 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.
Xəbərin mətnində orfoqrafik səhv var