İDMAN


“AZƏRREYL” POLŞANIN “KALİSİYA” KLUBUNU MƏĞLUB ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, dekabrın 15-də Avropanın qadın voleybol komandaları arasında çempionlar liqasının qrup oyunları çərçivəsində VI turun görüşləri keçirilmişdir.

Həmin gün “Azərreyl” Bakı İdman Sarayında Polşa çempionu “Kalisiya” klubunu qəbul etmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun qalibi yalnız 5-ci hissədən sonra məlum olmuşdur. Qarşılaşma 3:2 hesabı ilə (24:26, 25:15, 23:25, 25:19, 17:15) Azərbaycan voleybolçularının xeyrinə başa çatmışdır.

Xatırladaq ki, çempionlar liqasının qrup oyunları çərçivəsində komandaların ilk görüşü dekabrın 8-də Varşavada keçirilmişdi. Həmin oyun 3:1 hesabı ilə baş məşqçi Faiq Qarayevin yetirmələrinin xeyrinə başa çatmışdı. “Azərreyl” indiyədək keçirdiyi 6 oyundan beşini qələbə ilə başa vuraraq, 11 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb. İtaliyanın “Pallavola Sirio” klubu eyni xalla, topların fərqinə görə birinci, Türkiyənin “Vakifbank” komandası 10 xalla üçüncü pillədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.