Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRTAC, Çin səfirliyi və Konfutsi İnstitutunun birgə təşkil etdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb VİDEO

Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş müsabiqəyə təqdim olunan rəsmlər dostluğa, sülhə, birgə inkişafa çağırışın ifadəsidir

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də AZƏRTAC-ın inzibati binasında Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Dostluq və gələcək” mövzusunda rəsm müsabiqəsinin mükafatlandırma mərasimi və səyyar sərginin açılışı keçirilib.

Tədbir Çinin Azərbaycandakı səfirliyi, AZƏRTAC, Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə Konfutsi İnstitutunun müəllimləri, azərbaycanlı tələbələr Çinin çay sənətini və ənənəvi rəqsini nümayiş etdiriblər.

Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao çıxış edərək bütün mükafatçıları təbrik edib. O, AZƏRTAC və Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutuna tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Dinq Tao deyib ki, bu il Çin və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. Ötən dövrdə Çin-Azərbaycan münasibətləri zamanın və daim dəyişən beynəlxalq vəziyyətin sınağından çıxıb, qarşılıqlı siyasi etimad davamlı olaraq güclənib, əməli əməkdaşlıq səmərəli nəticələr verib, ənənəvi dostluq daha da möhkəmlənib. İki ölkə rəhbərlərinin şəxsi diqqəti və strateji rəhbərliyi altında Çin və Azərbaycan milli inkişaf istiqamətlərini daim genişləndirir, “Bir kəmər, bir yol” qurulur, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, təhsil, mədəniyyət və incəsənət kimi müxtəlif sahələrdə əməkdaşlıq dərinləşir. Ölkələrimizin hökumətləri, universitetləri, beyin mərkəzləri, mediası, ədəbi və incəsənət qrupları arasında sıx mübadilələr aparılır.

O, həmçinin bildirib ki, müsabiqədə Azərbaycandan 53 universitet, orta və ibtidai məktəb, cəmiyyətin bütün təbəqələrindən olan 100-dən çox insan fəal iştirak edib. Onların arasında ən kiçiyinin 7, ən böyüyünün isə 53 yaşı var.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov çıxış edərək bildirib ki, Azərbaycan və Çin Böyük İpək Yolu üzərində yerləşən, dərin tarixi və zəngin mədəni irsə malik olan ölkələr olmaqla əsrlərdir bu əlaqələri inkişaf etdirir və gələcək nəsillərə ötürür. Onları birləşdirən ümumi dəyərlər isə məhz Şərq insanının qlobal sülhə, dinc birgəyaşayışa, birgə inkişafa çağırışlarıdır. Dərin köklərə əsaslanan əlaqələrimiz bu gün ölkələrimizin dövlət başçıları tərəfindən uğurla inkişaf etdirilir.

İnformasiya sahəsində də səmərəli əməkdaşlıqdan danışan Aslan Aslanov deyib ki, AZƏRTAC Sinxua xəbər agentliyi ilə uzun illərdir tərəfdaşlıq edir. Bizim bir çox birgə layihələrimiz həyata keçirilib ki, bunlar da xalqlarımızın daha da yaxınlaşmasına, bir-birimizin mədəniyyətini dərindən öyrənməyə xidmət edib. Sinxua və AZƏRTAC Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı çərçivəsində bir-birini daim dəstəkləyir. Biz, həmçinin 300 milyondan çox abunəçisi olan China Daily qəzeti ilə bir çox ortaq layihələr reallaşdırmışıq və bu qəzet mütəmadi olaraq AZƏRTAC-ın xəbərlərini dərc edir. Agentliyimiz artıq 8 ildir Konfutsi İnstitutu ilə əməkdaşlıq edir. AZƏRTAC-ın əməkdaşlarına hər il Çin dili üzrə təlimlər təşkil olunur.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin prorektoru Şahin Pənahov bildirib ki, BDU-nun Çin Anhui Universiteti ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Konfutsi İnstitutu iki ali təhsil ocağı arasında əlaqələrin genişləndirilməsinə töhfə verir, Azərbaycan cəmiyyətinə xidmət edən platforma və körpü rolunu oynayır. Konfutsi İnstitutu mütəmadi olaraq təlimlər, müsabiqələr, ustad dərsləri kimi müxtəlif səpkili tədbirlər təşkil edir. Bu qəbildən olan “Dostluq və gələcək” mövzusunda rəsm müsabiqəsinin keçirilməsində məqsəd ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafını dəstəkləməkdən ibarətdir.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, Konfutsi İnstitutunun xarici direktoru Oqtay Cəlilbəyli Azərbaycan-Çin münasibətlərinin həmişə rəvan və dinamik inkişaf etdiyini deyib. O qeyd edib ki, BDU-nun nəzdindəki Konfutsi İnstitutu bu gün həqiqətən də ölkələrimiz arasında təhsil, elm və mədəniyyət körpüsüdür. Azərbaycanda bu institutun hazırda 11 filialı var. Onların arasında AZƏRTAC öz aktiv fəaliyyəti ilə seçilir.

Sonra qaliblərin nümayəndələri çıxış edərək müsabiqənin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda qaliblərə mükafatlar təqdim olunub və sərgiyə baxış keçirilib.

Müsabiqə qaliblərinin əl işləri ilə AZƏRTAC-ın saytında (https://azertag.az/competition) tanış olmaq mümkündür.

AZƏRTAC, Çin səfirliyi və Konfutsi İnstitutunun birgə təşkil etdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda heyvandarlığın cins tərkibi yaxşılaşdırılır – fermerlər süni mayalandırmaya maraq göstərirlər

Yanvar ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb

Fransada məşhur “Lidl” ərzaq mağazaları qrupunun işçiləri tətillərə başlayıblar

Lebron Ceyms əfsanəvi basketbolçunun rekordunu təkrarlayıb

Ötən il rəqabətin məhdudlaşdırılması üzrə 161 müraciətə baxılıb

İsi Mustafayev: Laçın, Cəbrayıl və Əsgəranda poçt şöbələri fəaliyyətə başlayacaq

Sosial Xidmətlər Agentliyinin mərkəzlərində valideynlər üçün qrup terapiyası təşkil edilib

“Sərhədçi” kuboku uğrunda konkur yarışları keçirilib

Almaniya Kansleri Türkiyənin Ukrayna məsələsində səylərini təqdir edib

Agentlik: Gecə boyu və səhər yolların qardan təmizlənməsi işləri aparılıb

Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

DİN: Valideynlər övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşmalıdırlar

Baş direktorun müavini: Azərbaycanda bu il 7, gələn il 15 etalon laboratoriyanın qurulması planlaşdırılır - MÜSAHİBƏ

DSMF: Yanvar ayında sığortaolunanların sayı 11 min 533 nəfər artıb

Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan parataekvondoçuları beynəlxalq turnirdə iştirak edəcəklər

USAID-in bağlanması ABŞ-ın “müdaxilə siyasəti”nin səmərəsiz olduğunun etirafıdır - ŞƏRH

“Azərpoçt”: Ötən il ərzində üç rəqəmsal layihə təqdim edilib

Haydar Abdikerimov: Orta Dəhlizlə Çindən gələn konteyner qatarlarının sayı 35 dəfə artıb MÜSAHİBƏ

"Azərpoçt" 2024-cü ili 73,5 milyon manat xalis mənfəətlə başa vurub

UNICEF: Şərqi Asiya və Sakit okeanda havanın çirklənməsi hər gün 100 uşağın ölümünə səbəb olur

Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Bu yollar Qarabağa gediş-gəlişi asanlaşdıracaq FOTO

Səsi ilə könüllərdə iz qoyan sənətkar - Şövkət Ələkbərova

İngiltərə Premyer Liqasında transfer dövrlərinin müddəti qısaldıla bilər

Tədris Cərrahiyyə Klinikasında nadir cərrahi əməliyyat icra olunub

AQTA quş qripi və onun yayılma yolları ilə bağlı məlumat yayıb

“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları daun sindromlu uşaqlarla görüşüblər

Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Kommunikasiya Strategiyasını uğurla icra edib

Braziliyada daşqınlar və torpaq sürüşmələri nəticəsində yeddi nəfər ölüb

Naxçıvanın gömrük postunda bəyan edilməyən mallar aşkarlanıb

Bu gün Xalq artisti Tofiq Tağızadənin doğum günüdür

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Azərbaycanın gimnastika hakimləri yeni kateqoriyaya yiyələniblər

Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin üstü yanvar ayında 100 faiz açılıb

Ölkə kuboku: “Sumqayıt”dan 10-cu heç-heçə

Ağsu və İsmayıllıda fermerlərə aqrar sığorta ödənişləri edilib

Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb

Türkiyəli alim azərbaycanlı arxeoloqlar üçün şüşə istehsalı tarixinə dair seminar keçirib

İsveç hökuməti su ekosistemlərinin mühafizəsi proqramına ayrılan maliyyə vəsaitini azaldıb

“Sabah” tarixində ilk dəfə Azərbaycan Kubokunun ev oyununda heç-heçə edib

Qubanın Qırız kəndində 20 santimer qar, mənfi 8 dərəcə temperatur qeydə alınıb

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinə start verilir

İndoneziyada 6 bal gücündə zəlzələ olub

Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyəcək

Mingəçevir-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə verilir

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib

Dünya birjalarında neft bahalaşıb

Bu gün Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı başlayır

AQTA: Quş qripi ilə əlaqədar bəzi ölkələrdən məhsul idxalına müvəqqəti məhdudiyyət qoyulub

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

® Zərbəyə davamlı və zərif “HONOR X8c” smartfonu artıq satışda VİDEO

AFFA: Aşağı liqa oyununda baş vermiş insident araşdırılır

Küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

KTN: Yanvar ayında xarici bazarlara meyvə ixracında ciddi artım qeydə alınıb

Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib

Xəzərdə zəlzələ baş verib

İrəvanın hiyləgər siyasətini dəstəkləyən riyakarlar regionda yeni münaqişə ocağı yaratmağa cəhd edirlər - ŞƏRH

Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda yanğın baş verib

İnsanların əhvali-ruhiyyəsinin günlük və həftəlik dəyişkənliyi araşdırılıb - TƏDQİQAT

Türkiyənin hökumət üzvləri Kahramanmaraşda “Azərbaycan” məhəlləsinə baş çəkiblər

Vitamin əlavələri qəbulu bioloji qocalmanı ləngidə bilər - TƏDQİQAT

Azərbaycanlı yazıçının “Abaddon” romanının Qahirədə təqdimatı olub

İtaliyanın göndərdiyi 15 ton humanitar yardım Qəzzaya çatıb

Şimali Makedoniyada hökumətin keçmiş xidmət rəisi korrupsiyada ittiham olunur

Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar

Somali Nazirlər Şurası Azərbaycanla əməkdaşlıq sazişlərini təsdiqləyib

Prezident Ərdoğan: Qardaşım İlham Əliyevə öz adımdan və bütün türk xalqı adından xüsusi minnətdarlığımı bildirirəm

Astanada "Daşa yazılmış tarix" kitabının təqdimatı keçirilib

Angela Merkel siyasi partiyalara mübahisə əvəzinə müzakirə aparmaq barədə çağırış edib

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 36 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 27 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 34 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki  Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 33 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

BMT nümayəndəsi: İqlim maliyyələşdirilməsi üzrə Bakıda razılaşdırılmış yeni qlobal hədəf irəliyə doğru vacib addımdır

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 30 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 29 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 37 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 28 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 31 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 35 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 26 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Saymon Stil: Ən geci sentyabra qədər Milli İqlim planları BMT İDÇK katibliyinə təqdim edilməlidir

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 1 fevral və 3 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Saymon Stil: Bakı – Belen yol xəritəsinin icrası bütün ölkələrə potensiallarını tam aşkar etməyə şərait yaradacaq

Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Dəhlizinin inkişafında maraqlıdır

Şəkidə baş verən qəzada 27 yaşlı qadın xəsarət alıb

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir VİDEO

Azərbaycan İdman Akademiyasında Koventri Universitetinə qəbul olunan tələbələrlə görüş keçirilib

Azərbaycan Kuboku: "Qarabağ" çətin qələbə qazanıb

“Azərbaycan mədəni düşüncəsində yeniləşmənin baniləri” mövzusunda respublika konfransı təşkil ediləcək

AMEA Beynəlxalq Elmi Şuranın Baş Assambleyasının iclasında təmsil olunub

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

Güləş üzrə muxtar respublika birinciliyi keçirilib

Azərbaycan badmintonçusu: İstənilən rəqiblə mübarizə apara biləcək gücdəyik

EPF: Ermənistanın ekoloji zəhər saçan müəssisələri barədə rəqəmsal xəritə hazırlanır

Türkiyə Kuboku: "Qalatasaray" qrup mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB

Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər

Moskva əyalətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb