Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRTAC: Dünya informasiya məkanına gedən yol və ya uğur açarı VİDEO

Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-ın
fəaliyyətə başlamasından 99 il ötür

Bakı, 1 mart, AZƏRTAC

Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC təlatümlü, geosiyasi baxımdan olduqca mürəkkəb, eyni zamanda, xalqımız üçün taleyüklü bir dövrdə yaranmışdı. Hadisələrin axarının hər an dəyişdiyi, müstəqil dövlətimizin başı üzərində qara buludlar dolaşdığı vaxtlar idi. Onun ilk xəbərinin işıq üzü görməsindən heç iki ay keçməmiş Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Üçrəngli, ay-ulduzlu bayrağımızın yerində sovet imperiyasının oraq-çəkicli qırmızı bayrağı asıldı. Beləcə, AZƏRTAC da millilikdən çıxıb ideoloji maraqlara xidmət etməli oldu.

Nəhayət, 28 il əvvəl azadlıq günəşi üzümüzə yenidən doğdu və AZƏRTAC-ın həyatında da yeni dövr başladı. O, indi beynəlxalq informasiya məkanında layiqli yer və mövqe tutan, dünyanın informasiya nəhəngləri ilə bir sırada dayanan, bütün qitələrdəki həmkarları ilə sıx əlaqələr qurub xəbər mübadiləsi aparan, səkkiz dildə xəbər yayan, xaricdə 22 müxbir məntəqəsi olan agentlikdir.

Tarixə qısa baxış

1919-cu il... Azərbaycan parlamentində və hökumətində milli xəbər agentliyinin yaradılması ilə bağlı qızğın müzakirələr gedir və bunun üçün imkanlar axtarılırdı. Təşkilati işlər, texniki avadanlıq əldə olunması və kadr axtarışları xeyli vaxt apardı. 

1920-ci il martın 1-i... Qəzetlərdə “AZƏRTAC” imzası ilə ilk xəbər dərc olundu. İş yenicə sürət yığmağa başlamışdı ki, Cümhuriyyət süquta uğradı. Zamanın sərt küləkləri AZƏRTAC-ı da silkələməyə başladı. Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu 70 ildə agentliyin adı yeddi dəfə dəyişdirildi. O, faktiki olaraq Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) yerli filialına çevrildi. Həmin dövrün ziddiyyətlərinə və mürəkkəbliyinə, təbliğatın bütünlüklə sovet ideologiyası üzərində qurulmasına baxmayaraq, agentlik Azərbaycanın salnaməsini yazmaqda davam etdi.

1991-ci il oktyabrın 18-i... Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə milli mətbuatımızın, o cümlədən AZƏRTAC-ın qarşısında yeni üfüqlər açıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin milli maraqlara köklənən ideoloji əsasları quruldu və burada mediaya xüsusi yer ayrıldı. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq bir nömrəli vəzifə kimi qarşıya qoyuldu. Ulu Öndər bunun çox vacib olduğunu böyük uzaqgörənliklə vurğulayaraq deyirdi: “AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”. O vaxtdan etibarən agentlik öz fəaliyyətini, qüvvə və səylərini bu istiqamətə yönəltməyə başladı...

Bütün qitələrlə əməkdaşlıq və xəbər mübadiləsi

İnformasiyanın dünya siyasətinə təsirinin xüsusilə gücləndiyi, xəbər istehsalçılarının gündən-günə çoxaldığı, sosial şəbəkə mediasının insanların gündəlik həyatına daxil olduğu bir vaxta beynəlxalq məkana yol tapmağın aramsız iş və axtarışlar, eləcə də həmkarlarla ünsiyyət qurmaq bacarığı tələb etdiyi sirr deyil. Digər tərəfdən etibarlı, dürüst xəbər qaynağı kimi tanınmalı, həmkarların inam və etimadını qazanmalısan. 

Təxminən 20-25 il əvvəl belə uzun və çətin yola çıxan AZƏRTAC ötən müddətdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, hazırda 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında bütün qitələrdən olan aparıcı agentliklər, o cümlədən TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), Ukrinform (Ukrayna), BELTA (Belarus), MTI (Macarıstan), Yonhap (Koreya Respublikası), Kazinform (Qazaxıstan), KYODO (Yaponiya), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı) və digər nüfuzlu xəbər yayımçıları var.

2004-cü ildə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilən AZƏRTAC, eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir.

Bu istiqamətlərdə aparılan məqsədyönlü və fəal iş, qarşılıqlı faydalı əməkdaşlıq AZƏRTAC-ın eyni vaxtda iki mötəbər beynəlxalq media qurumuna sədr seçilməsi ilə nəticələndi.

Dünyanın iki ən böyük media qurumuna sədrlik

AZƏRTAC 2016-cı ildən iki ən böyük beynəlxalq media qurumuna - Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına sədrlik edir. Öz sıralarında dünyanın informasiya nəhənglərini birləşdirən bu təşkilatlara rəhbərlik etmək hüququ rotasiya qaydasında deyil, açıq səsvermə yolu ilə əldə olunub. Bu yerdə Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktoru Nquyen Duk Loinin sözlərini xatırlatmaq yerinə düşər: “Biz AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresində, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatında liderlik fəaliyyətinə inanırıq”.

Agentliyin həyatında ən əlamətdar hadisələrdən biri 2016-cı ildə baş verdi. Bakı eyni vaxtda Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya ev sahibliyi etdi və bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya media tarixinə yazılmış oldu. Beş qitəni, 80 ölkəni və dünyanın 100-dən çox aparıcı xəbər agentliklərini təmsil edən 200 nümayəndənin iştirak etdiyi bu tədbirlər Heydər Əliyev Fondunun və bilavasitə Fondun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi sayəsində yüksək səviyyədə keçdi və yaddaşlarda dərin iz qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin konqresin açılışında iştirakı, geniş nitq söyləməsi, daha sonra iştirakçıların bir qrupunu qəbul etməsi bu qlobal forumlara xüsusi ahəng verdi. Dövlətimizin başçısının açılış nitqində qeyd etdiyi kimi, Dünya Xəbər Agentlikləri Konqresinin Bakıda keçirilməsi müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisidir.

AZƏRTAC hazırda bu iki beynəlxalq media qurumuna sədrliyi uğurla davam etdirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların imkanlarından maksimum bəhrələnməyə çalışır.

İnformasiya nəhəngləri ilə bir sırada

AZƏRTAC dünya xəbər məkanına getdikcə daha inamla çıxır, informasiya nəhəngləri ilə bir sırada addımlayır. Bu, təbii ki, dinamik inkişaf edən Azərbaycana artan maraqla, ölkəmizin dünyada söz və nüfuz sahibinə çevrilməsi ilə şərtlənir. Uğur açarı da elə budur. 

Xarizmatik lider olan Prezident İlham Əliyev Azərbaycanı müasirləşdirmək, modernləşdirmək yolu seçib. Ölkəmizdə aparılan islahatlar dünyanın diqqətini cəlb edir və yüksək dəyərləndirilir. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Bu inqilabi yeniləşmə ruhu ölkə mediasına da sirayət edir. Dövlətimizin başçısının diqqət və qayğısı, dəstəyi sayəsində AZƏRTAC müasir informasiya texnologiyaları ilə təchiz olunub. Agentliyin rəhbərliyi və nümayəndələri yüksəksəviyyəli media forumlarında mütəmadi iştirak etmək imkanı qazanıb. Eyni zamanda, dünyanın bir çox informasiya nəhəngləri müasir Azərbaycanın milli informasiya agentliyi ilə əməkdaşlıqda maraqlıdır.

Bu yaxınlarda İdarə heyətinin sədri Aslan Aslanovun Pekində Çinin ingilis dilində nəşr olunan gündəlik “China Daily” qəzetinin rəhbərliyi ilə görüşündə iki media qurumunun əməkdaşlığı genişləndirmək istəyi ifadə olunub. Ümumilikdə 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində çıxan ən nüfuzlu qəzetlərdən biridir.

AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresi Şurası çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə sıx əməkdaşlıq edir. Sinxua agentliyinin prezidenti Çay Mincao və nazir statusunda baş redaktoru Hi Pinq, Press Association agentliyinin icraçı direktoru Klayv Marşal, DPA agentliyinin prezidenti Piter Korpş, TASS-ın baş direktoru Sergey Mixaylov və baş direktorun birinci müavini Mixail Qusman, SPA agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn, KUNA xəbər agentliyinin İdarə Heyətinin sədri Şeyx Mübarək Dueyc əl-İbrahim əs-Sabah, FANA-nın baş katibi Fərid Əyyar və başqaları Azərbaycana dostcasına münasibət bəsləyir, AZƏRTAC-a daim dəstək olurlar.

Səkkiz dildə gündəlik 500 xəbər

Bu gün AZƏRTAC fasiləsiz olaraq səkkiz dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ispan, ərəb və Çin dillərində gündə orta hesabla 500-dək informasiya, o cümlədən video və foto xəbərlər yayır. O, beş qitənin hamısını əhatə edən geniş müxbir şəbəkəsinə malikdir. Agentliyin izləyici auditoriyası milyonlarla ölçülür. 

Daha bir il ötəcək və Azərbaycanın ilk milli informasiya agentliyi yaranmasının 100 illiyini qeyd edəcək. Yayım coğrafiyasını və oxucu auditoriyasını daha da genişləndirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq, yeni dostlar tapmaq, Azərbaycanın səsini və sözünü daha uzaqlara çatdırmaq - AZƏRTAC-ın yubiley ili üçün hədəfləri belədir.

AZƏRTAC: Dünya informasiya məkanına gedən yol və ya uğur açarı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib