İQTİSADİYYAT
AZƏRTAC YENI AVTOMATLAŞDIRILMIŞ SISTEMƏ KEÇMIŞDIR
Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanına uyğun olaraq, respublikada Azərbaycan dilində nəşr edilən qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının latın qrafikasına keçməsi ərəfəsində Azərbaycan Dövlət Teleqraf Agentliyində - AZƏRTAC-da informasiyanın qəbulu, işlənilməsi və ötürülməsinin yeni avtomatlaşdırılmış sistemi işə salınmışdır.
Yeni sistem – “HEWLETT-PACKARD” firmasının kompüter texnikası və “MİCROSOFT” firmasının proqram təminatı bazasında qurulmuşdur. Lazımi avadanlıq “Azərbaycan elektronikası” səhmdar cəmiyyətindən alınmışdır.
Yeni sistemin tətbiqi ücün agentlikdə böyvk hazırlıq işi görülmüş, texniki işcilər və yaradıcı heyət adı cəkilən SC-nin mütəxəssislərinin iştirakı ilə müvafiq təlim keçmişlər.
Həmin sistem tam tətbiq olunduqdan sonra qəzet redaksiyalarına AZƏRTAC-ın buraxdığı materialları İnternet provayderlərinin xidmətindən istifadə etmədən – birbaşa agentliyin poçt serverindən almağa imkan verəcək ki, bu da informasiyanın alınmasının tezliyini və etibarlılığını artıracaqdır.