SİYASƏT


AZƏRTAC ilə FENA xəbər agentliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Bosniya və Herseqovinanın Federal Xəbər Agentliyi (FENA) arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum VI Bakı Beynəlxalq Humanitar Forumunun “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda keçirilən işçi sessiyası çərçivəsində imzalanıb. Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və FENA xəbər agentliyinin baş direktoru Elmir Huremoviç imzalayıblar.

Anlaşma Memorandumu agentliklər arasında gündəlik xəbərlərin, foto və video informasiyaların, həmçinin mütəmadi olaraq kitabların, informasiya və arxiv sənədlərinin mübadiləsini nəzərdə tutur.

Qeyd edək ki, FENA agentliyi Bosniya və Herseqovina hökumətinin qərarı ilə 2000-ci ildə BH Press və Habena agentliklərinin birləşdirilməsi əsasında yaradılıb. Agentlik ölkədə əsas informasiya mənbələrindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.