SİYASƏT


AZƏRTAC-ın Qətər və Livan KİV-ləri ilə sıx əməkdaşlığı məmnunluq doğurur VİDEO

Bakı, 12 fevral, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətər və Livanın bir sıra KİV əməkdaşları AZƏRTAC-da olublar.

Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, turizmi, mətbuatı, həmçinin AZƏRTAC-ın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Şərqdə ilk dəfə demokratik cümhuriyyət Azərbaycanda qurulub. Müstəqil Azərbaycan dövləti əsası həmin dövrdə qoyulan demokratik ənənələri davam etdirir və zənginləşdirir. Bu gün Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi qlobal platformaya çevrilib. Ölkənin tarixi məkanları, təbiəti, qədim mədəniyyəti, yaradılan müasir infrastruktur turizmin inkişafına böyük təkan verib.

Qeyd olunub ki, Azərbaycanda hazırda çox sayda onlayn və çap KİV-ləri fəaliyyət göstərir. 1920-ci ildə yaradılan və böyük inkişaf yolu keçən AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Türkdilli İnformasiya Agentlikləri Birliyinə sədrlik edir. AZƏRTAC, eyni zamanda, ərəb ölkələrinin bir çox media qurumları, o cümlədən Qətərin QNA və Livanın NNA agentlikləri ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının media orqanı olan İslam Ölkələri İnformasiya Agentlikləri Birliyinin Şura üzvüdür.

Livanın “Cumhuriyyə” qəzetinin baş redaktoru, Livan Jurnalist Həmkarları Təşkilatının sədr müavini Corc Solac AZƏRTAC-ın dünya informasiya məkanında fəaliyyətinin yüksək qiymətə layiq olduğunu, ərəb ölkələrinin KİV-ləri, xüsusən də Livanın xəbər agentliyi ilə əlaqələrinin inkişafından məmnunluğunu bildirib.

İƏT Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasovun, Qətərin “Qalf Tayms”, “Al-Arab”, “Lusail”, “Al-Raya”, “Peninsula”, “Al-Şarq”, həmçinin Livanın “Media Deyli Star” və “Cedarnyus” qəzetlərinin müxbirlərinin iştirak etdiyi görüşdə Azərbaycanda medianın inkişafı, müasir jurnalistikanın trendləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Qətər və Livan KİV-lərinin əməkdaşları Dövlət Turizm Agentliyində də görüş keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.