CƏMİYYƏT


AZƏRTAC-ın “Şuşanın bazarları” məqaləsi Əlcəzair portalında yerləşdirilib

Qahirə, 3 iyun, AZƏRTAC

Beynəlxalq İpək Yolu Şəbəkəsinin Əlcəzairdə fəaliyyət göstərən “Əl-Hərir” informasiya portalında AZƏRTAC-ın “Şuşanın bazarları” adlı məqaləsi yayımlanıb.

Məqalədə qeyd olunur ki, İrandan Avropaya, Avropadan isə əks istiqamətdə karvan və ticarət yolları Şuşadan keçdiyi üçün burada bir neçə növ bazar formalaşıb. Burada yerləşən qədim ticarət mərkəzində xalça, ayaqqabı, müxtəlif peşələrə aid bazarlar olub. Şəhərin hər bir məhəlləsində də kiçik bazarlar fəaliyyət göstərirdi və onlara “bazarçı”, yəni “kiçik bazar” deyilirdi.

Məqalədə ərəbdilli oxuculara Qarabağın tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyevə istinadla Şuşanın qədim bazarları haqqında müfəssəl məlumat verilir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.