İDMAN


AZƏRTAC-ın əməkdaşı Müstəqillik Gününə həsr olunmuş şahmat turnirində ikinci yeri tutub

Bakı, 28 may, AZƏRTAC

Mayın 28-də ümummilli lider Heydər Əliyevin xatirəsinə və Müstəqillik Gününə həsr olunmuş KİV nümayəndələri arasında şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkil etdiyi blits turniri dairəvi sistem üzrə 9 turdan ibarət olub.

Turnirdə 9 oyundan 8,5 xal toplayan Qol.az saytının təmsilçisi Aysel Adıgözəlli birinci olub. AZƏRTAC-ın əməkdaşı Ramiz Quliyev 8 xalla turniri ikinci, İlkin Xəlilov (ATV) isə 6,5 xalla üçüncü pillədə başa vurublar.

Mükafatçılara fəxri diplom və hədiyyələr təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.