CƏMİYYƏT


AZƏRTAC-ın əməkdaşları ingilis dili biliklərini möhkəmləndirirlər

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycanın dinamik inkişafı, dünya birliyinə fəal inteqrasiyası, beynəlxalq humanitar, idman və mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi, habelə AZƏRTAC-ın dünyanın aparıcı xəbər agentlikləri ilə inkişaf edən əlaqələri və beynəlxalq media qurumlarına sədrliyi fonunda agentliyin əməkdaşlarının xarici dil biliklərini möhkəmləndirmələri mühüm önəm kəsb edir. Zamanın çağırışına uyğun olaraq agentlik öz imkanları hesabına hər il müxtəlif xarici dil kursları təşkil edir və bu, artıq ənənə halı alıb. İştirakçılarının sayı ildən-ilə artan kurslar AZƏRTAC-ın həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə keçirilir.

Agentliyin əməkdaşları ingilis dili kursuna xüsusi maraq göstərirlər. Agentliyin ingilis dilində xəbərlər baş redaksiyasının baş redaktorunun müavini-buraxılış redaktoru Vəfa Quliyevanın apardığı məşğələlərdə ən müasir dərsliklərdən və elektron resurslardan, habelə əyani vəsaitlərdən istifadə olunur.

Qeyd edək ki, hazırda AZƏRTAC-da ingilis dili ilə yanaşı, Çin və alman dilləri kursları da fəaliyyət göstərir. İntensiv kurslara agentliyin ümumilikdə 50-dən çox əməkdaşı cəlb edilib. Kurslarda dinləyicilər dil biliklərini təkmilləşdirməklə yanaşı, dillərini öyrəndikləri ölkələrin mədəniyyəti, milli adət-ənənələri və media landşaftı barədə də məlumatlandırılır. Bu kurslarda əməkdaşların qazandıqları biliklər AZƏRTAC-ın tərəfdaşı olan xarici informasiya agentlikləri ilə təcrübə mübadiləsinin səmərəsini artırmağa imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.