MƏDƏNİYYƏT


AZƏRTAC-ın fotoları İslam Əməkdaşlıq Təşkilatının Festivalında nümayiş etdirilir VİDEO

Bakı, 5 fevral, Şıxəli Əliyev, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotoları Misirin paytaxtı Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Birinci Festivalı çərçivəsində təşkil edilən fotosərgidə nümayiş olunur.

Fevralın 9-dək davam edəcək sərgidə İƏT dövlətlərinin Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının üzvü olan AZƏRTAC-la yanaşı, digər üzv 21 xəbər agentliyi də iştirak edir.

Sərginin ziyarətçiləri Azərbaycanın tarixini, müasir memarlıq nümunələrini, turizm potensialını əks etdirən fotolarla tanış olurlar.

Sərgi bu gün Qahirə Opera Teatrında açılıb. “Bir millət, mədəniyyətlərin müxtəlifliyi” şüarı altında keçirilən festivalın açılış mərasimində 20-dən çox dövlətin nümayəndələri iştirak edib. Tədbirdə islam dünyasına öz töhfələrini vermiş bir sıra görkəmli xadimlərin xatirəsi anılıb.

Beş gün davam edəcək festival çərçivəsində mədəni tədbirlər, elmi seminarlar və müxtəlif təqdimatlar keçiriləcək. Silsilə tədbirlər Qahirə Opera Teatrında, əl-Hənacir İncəsənət Mərkəzində, Mədəniyyət üzrə Ali Şurada, Böyük İslam Muzeyində, Əmir Taz sarayında, Ərəb dövlətləri Liqasının binasında, əl-Əzhər əş-Şərifdə və digər yerlərdə təşkil ediləcək.

Festivalda bir sıra beynəlxalq islam təsisatları, o cümlədən Tarix, İncəsənət və Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik Fondu, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı və digər qurumlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.