MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbiri “INFINITY 2017” beynəlxalq müsabiqəsində qızıl diploma layiq görülüb
Bakı, 17 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Doboy şəhərində (Bosniya və Herseqovina) keçirilən “INFINITY 2017” beynəlxalq fotomüsabiqəsində “Master of Light” Fotoqrafiya Assosiasiyasının qızıl diplomuna (Gold Diploma MOL PA) layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) himayəsi ilə keçirilmiş fotomüsabiqədə dünyanın 57 ölkəsindən 300 fotoqraf iştirak edib. İlqar Cəfərova “Şəhər həyatı” nominasiyasında qələbəni 2012-ci ilin iyul ayında Kiyevdə çəkdiyi “Şəhərdə nəsillər” fotoşəkli qazandırıb.
“Master of Light” Fotoqrafiya Assosiasiyası Kanadanın Vankuver şəhərində yerləşən beynəlxalq təşkilatdır. Assosiasiyanın məqsədi üslubundan, texnikasından və janrından asılı olmayaraq fotoqrafiya sənətini təbliğ etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]