AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov FİAP-ın qızıl medalına layiq görülüb
AzerTAg.az
Bakı, 23 may, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Serbiyada keçirilən “GOOD LIGHT 2023” Beynəlxalq Fotomüsabiqəsində FİAP-ın (Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının) qızıl medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, FIAP-ın himayəsi altında keçirilən bu fotomüsabiqəyə dünyanın 54 ölkəsindən 183 fotoqrafın 3350 fotoşəkli göndərilib.
FIAP-ın qızıl medalına İ.Cəfərovun 2020-ci ildə II Qarabağ müharibəsi zamanı erməni ordusunun Gəncə şəhərini raket atəşinə tutmaqla törətdikləri cinayəti əks etdirən “Evi bombalanmış insan” (A bombed -out house) fotosu layiq görülüb. Fotomüxbir bu qələbəsini, həmin günlərin acılarını bərabər yaşadığı həmkarı, şəhid jurnalistimiz Məhərrəm İbrahimovun əziz xatirəsinə ithaf edib.



Xəbərin mətnində orfoqrafik səhv var