MƏDƏNİYYƏT


AZƏRTAC-ın fotomüxbiri İspaniyada keçirilmiş beynəlxalq fotomüsabiqədə iki mükafat alıb

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri İlqar Cəfərov İspaniyada keçirilən “XIII International Photography Contest Sant Just Desvern 2022” beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayəsi ilə keçirilən müsabiqəyə dünyanın müxtəlif ölkələrini təmsil edən 271 iştirakçının 3 nominasiyada 2921 işi təqdim edilmişdi.

İlqar Cəfərovun 2012-ci ilin sentyabr ayında Tofiq Bəhramov adına Respublika Stadionunda çəkdiyi “Zebrlər” fotoşəkli müsabiqənin “Monoxrom fotoqrafiya” nominasiyasında FIAP-ın fəxri lentinə layiq görülüb. Onun 2008-ci ilin sentyabr ayında Pekində keçirilən Paraolimpiya Oyunlarında çəkdiyi “Paralimpiyaçılar” adlı fotoşəkil isə müsabiqənin “Səyahətlər” nominasiyasında FIAP-ın fəxri lenti ilə qeyd edilib.

Yeri gəlmişkən, AZƏRTAC-ın fotomüxbirinin aktivində dünyanın müxtəlif ölkələrində layiq görüldüyü 140 mükafat, o cümlədən Beynəlxalq Foto Sənəti Federasiyasının keçirdiyi fotomüsabiqələrdə qazanılmış 110 mükafat var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.