MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbiri Tayvanda keçirilmiş beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb
Bakı, 12 sentyabr, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Tayvanda keçirilmiş beynəlxalq fotomüsabiqədə (The 7th Taichung International Exhibition of photography 2017) iki mükafata layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Foto Sənəti Federasiyasının (FİAP) himayəsi altında keçirilmiş bu fotomüsabiqəyə dünyanın müxtəlif ölkələrindən 533 fotoqrafın işləri təqdim edilib.
İlqar Cəfərovun “Paralimpiyaçının məhəbbəti” adlı işi FİAP-ın fəxri lenti ilə mükafatlandırılıb. Bu fotoşəkil 2004-cü ildə Afinada keçirilmiş Paralimpiya Oyunları zamanı çəkilib.
AZƏRTAC-ın fotomüxbirinin müsabiqəyə təqdim etdiyi digər fotoşəkil isə Taycjun şəhərinin Fotoqraflar Cəmiyyətinin fəxri lentinə layiq görülüb. “Gimnastika elementi” adlanan bu fotoşəkil 2017-ci ilin aprelində Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları dövründə çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:41]
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
- 19.04.2024 [21:42]
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]