MƏDƏNİYYƏT


AZƏRTAC-ın fotomüxbirinin növbəti uğuru

Bakı, 23 oktyabr, AZƏRTAC

Hindistan Milli Fotoqrafiya Akademiyası fotoqrafiyanın ixtira olunmasının 181-ci ildönümü münasibətilə Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayəsi ilə “İlham” adlı beynəlxalq fotomüsabiqə keçirilib.

AZƏRTAC xəbər verir ki, FIAP-ın prezidenti Rikardo Bussinin sədrlik etdiyi münsiflər heyətinin üzvləri fotomüsabiqəyə yekun vurub və qalibləri müəyyən ediblər.

Sevindirici haldır ki, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov fotomüsabiqədə dünyanın müxtəlif ölkələrini təmsil edən çoxsaylı iştirakçılar arasında “NAP–PI” qızıl medalına - Hindistan Milli Fotoqrafiya Akademiyasının “PERSONA International” mükafatına layiq görülüb. AZƏRTAC-ın fotoqrafına qələbə qazandıran fotoşəkil 2015-ci ilin fevral ayında Bakıda keçirilən stolüstü tennis üzrə beynəlxalq turnirdə çəkilmiş “Tennisdə qarşıdurma” adlı işdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.