İDMAN


AZƏRTAC-ın futbol komandası “Huawei Tərəfdaşlıq Kuboku-2017” turnirində növbəti dəfə böyük hesablı qələbə qazanıb VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də “Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda mini futbol turnirinin qrup mərhələsinin üçüncü turuna start verilib. Turnirdə “A” qrupunda yer alan AZƏRTAC-ın komandası üçüncü turda “Aztelecom” kollektivi ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, “Şəfa” stadionunda oynanılan görüşdə AZƏRTAC-ın komandası böyük hesabla qalib gəlib - 10:3. Oyunda jurnalistlərin heyətində Əfqan Poladlı rəqib qapısına beş dəfə yol tapıb, Roman İsmayılov isə dubl edib. Digər qolları Hümbət Məmmədov, Fuad İsmayılov və İlkin Cavanşirov vurublar.

“A” qrupunun digər oyunlarında “Azerconnect B” ilə “Ultra”, “Faber” ilə Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin komandaları üz-üzə gələcəklər.

Turnirin təşkilatçısı informasiya-kommunikasiya texnologiyaları sahəsində həllər təqdimində lider olan “Huawei” şirkətidir. “Huawei”, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi, AZƏRTAC, “Smartcom”, “Azerconnect A”, “Azercell”, “Norm”, “Ultra”, “Baktelekom”, “Azerconnect B”, “Faber” və “Aztelekom”u təmsil edən 12 komanda turnir çərçivəsində iki qrupda yarışır. Hər komandanın heyətinə 15 oyunçu və bir kapitan daxildir. Matça futzal üzrə FIFA referisi Yusif Nurullayev hakimlik edir.

Turnirə oktyabrın 28-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.