CƏMİYYƏT


AZƏRTAC-ın kollektivi Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak edib VİDEO

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 min ağac əkilməsi tədbirində AZƏRTAC Dövlət İnformasiya Agentliyinin əməkdaşları da yaxından iştirak edib.

AZƏRTAC xəbər verir ki, kollektivin üzvləri Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada yüzlərlə meyvə ağacları əkiblər.

Bir neçə il keçəcək, qəsəbədən paytaxta uzanan magistral yolun kənarında salınmış meyvə ağaclarından ibarət yaşıllıq zonası kiçik bir meşəyə çevriləcək, öz gözəlliyi ilə buradan keçənlərə könül xoşluğu, qəlb rahatlığı bəxş edəcək, yolçuları öz meyvəsinə qonaq edəcək. Əlbəttə, onlara bəxş olunan bu rahatlıq və könül xoşluğunda AZƏRTAC-ın əməkdaşlarının da payı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.