CƏMİYYƏT


AZƏRTAC-ın ofisi növbəti dəfə dezinfeksiya edilib

Bakı, 1 avqust, AZƏRTAC

Fasiləsiz iş rejimində fəaliyyət göstərən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ofisində Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə avqustun 1-də növbəti dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər Dezinfeksiya Stansiyası tərəfindən Agentliyin əsas binasındakı, eləcə də Fotoinformasiya, Multimedia və informasiya resursları baş redaksiyalarının fəaliyyət göstərdiyi ofisdəki bütün otaqları dezinfeksiya olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə AZƏRTAC-da ciddi riayət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.