Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

AZƏRTAC-ın şənbə virtual ekskursiyası: Almaniyanın Kommern muzeyi

Berlin, 23 iyun, AZƏRTAC

AZƏRTAC-ın növbəti virtual ekskursiyasının ünvanı Kommerndəki kənd həyatı muzeyidir. 1961-ci ildə Şimali Reyn-Vestfaliya əyalətində açılmış Kommern muzeyi Almaniyada ən qədim muzeylərdən biri və açıq səma altında ikinci ən böyük muzeydir. Kölndən maşınla təxminən bir saatlıq məsafədə Ayfel (Eifel) qoruq regionunun mənzərəli guşələrindən birində yerləşən bu muzey çox populyardır: buraya hər il 200 minə yaxın ziyarətçi gəlir.

Kommerndə kənd üçün səciyyəvi olan memarlıq abidələri və məişət əşyaları ilə yanaşı, Nuhun gəmisinin xeyli hissəsini doldurmaq üçün kifayət edəcək qədər çoxlu və müxtəlif ev heyvanları da görmək olar. Onların çoxu 1822-ci ildə əsası qoyulmuş Prussiya Reyn əyalətinin həyətlərində vaxtilə böyük miqdarda saxlanan nadir cinslərdir. Muzey həmin əyalətin tarixinə və kənd ənənələrinə həsr edilib.

Prussiya krallığının Reyn əyalətinin paytaxtı Koblens şəhəri olub. 1945-ci ildən sonra Almaniya Federativ Respublikası (AFR) yaradılan vaxt əyalət Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts əyalətləri arasında bölünüb. Beləliklə köhnə kənd tikililərinin Kommernə gətirildiyi ərazi Almaniyanın indiki inzibati bölgüsünə uyğun gəlmir. Məsələn, muzeydə Lan və Mozel çaylarının sahillərindən gətirilmiş eksponatlar görmək olar.

Əvvəlcə, 1960-cı illərdə Kommernə bir neçə ev gətirdilər və həmin evlər burada elmi axtarışlar əsasında ilkin tarixi görkəmində yenidən quruldu. Hazırda muzeydə toplanmış yetmişə yaxın köhnə tikili coğrafi prinsip əsasında – keçmiş Reyn əyalətinin ayrı-ayrı regionları üzrə dörd regional qrupa bölünüb.

Məlumdur ki, yel dəyirmanları açıq səma altında yaradılmış hər bir muzeyin ziyarətçilərində xüsusi maraq doğuran obyektlərə aiddir. Belə dəyirmanlardan biri Kommernə 1780-ci ildə Aşağı Reyndən (Niederrhein) gətirilmiş Hollandiya tipli dəyirmandır. Muzeyə baxış Vestervald və Orta Reyn (Westerwald/Mittelrhein) regional qrupundan başlanır. Sonra Ayfel və Dağətəyi Ayfel (Eifel/Eifelvorland) regionları, Bergişes Land (Bergisches Land) regionundan gətirilmiş kənd memarlıq abidələri isə girişdən ən uzaq guşədə yerləşir. Yuxarıda adını çəkdiyimiz dəyirman sözün hərfi mənasında açıq talada, hamının gözünün qabağında yerləşirsə, digər dəyirman qonşuluqda, meşənin içində quraşdırılıb. 1782-ci ildə düzəldilmiş bu yel dəyirmanı Kommernə gətirilmiş ilk tikililər sırasına aiddir.

Dəyirmanlara həm bayır tərəfdən, həm də içəridən baxmaq, bəzilərini isə işlək vəziyyətdə görmək mümkündür. Yeri gəlmişkən, başqa eksponatların çoxundan onların təyinatı üzrə, yəni torpağın becərilməsi və digər kənd təsərrüfatı işləri üçün istifadə edirlər.

Muzeyin ərazisi təxminən yüz futbol meydanının sahəsinə bərabərdir. Burada ziyarətçilər üçün bir neçə piyada marşrut nəzərdə tutulub. Dörd regional qrupun hamısından keçən ən böyük marşrutun uzunluğu 2,5 kilometrə bərabərdir. Alternativ hərəkət vasitəsi kimi at arabasından istifadə etmək olar. Bu halda ziyarətçilər daha çox xoşladıqları eksponatları məqsədyönlü şəkildə ətraflı nəzərdən keçirə bilərlər.

Muzeydə kəndli həyətlərinin çoxunun ətrafında ədviyyat, dərman bitkiləri, tərəvəz və dənli bitkilər yetişdirilən dirriklər var. Onların yanında isə heyva, alma və armud ağacları əkilib. Onların çoxu az qala nəsli kəsilməkdə olan nadir növlərə aiddir. Burada bütün əkinlərə dədə-baba qaydası ilə, yəni müasir gübrələrdən və insektisidlərdən istifadə olunmadan qulluq edilir. Məhsulun bir hissəsi muzeyin dükanında satılır.

Vestervald və Orta Reyn regional qrupunun mərkəzində XVIII əsrin sonuna aid dəmirçixana yerləşir. Onu muzeyə Reyn sahillərindən, daha dəqiq desək bu çayın axını boyunca adı əfsanələrlə bağlı olan Loreley qayasından gətiriblər. Deyilənə görə bu tikili əvvəlcə üzümlükdə talvar kimi istifadə edilib. Dəmirçixananın yanında atları yağlamaq üçün dəzgah quraşdırılıb. 1966-cı ildə Kommerndəki dəmirçixana yenidən qurulub. Düz 30 il istifadə edilməmiş bu obyekt möcüzə sayəsində salamat qalıb. Muzeyin indiki dəmirçisi köhnə ustaların ənənələrini ləyaqətlə davam etdirir. Onun burada işləməsinin məqsədi təkcə öz sənətini muzeyə gələnlərə nümayiş etdirmək deyil. Zərurət yarandıqda o, muzey eksponatlarını təmir edir, döymə üsulu ilə yeni detallar hazırlayır.

Dəmirçixananaın yaxınlığındakı köhnə anbarda 1911-ci ildə Manheymdəki “Heinrich Lanz” firmasında istehsal edilmiş lokomobil saxlanılır. Belə səyyar buxar mühərrikləri müxtəlif kənd təsərrüfatı maşınlarını – taxıldöyən, taxılsovuran qurğuları, nasosları, elektrik generatorlarını işə salmaq üçün nəzərdə tutulurdu. Lokomobil zahirən kiçik ölçülü parovoza oxşayır.

Dizel mühərrikləri geniş yayıldıqca lokomobillərə ehtiyac qalmadı. Dizel mühərrikli seriya ilə buraxılan ilk traktor 1922-ci ildə “Benz-Sendling” şirkəti tərəfindən buraxılıb, lakin “Lanz” firması da geridə qalmayıb. Bu firmanın buldoq deyilən traktorları sadə və ucuz olması ilə fərqlənirdi. Belə traktorlardan birini Detmolddakı açıq səma altında muzeydə görə bilərsiniz.

1783-cü ildə Kommernin lap yaxınlığında - cəmi beş kilometr məsafədə yerləşən Mexernix şəhərindəki kilsə buraya gətirilib. 1958-ci ildə Mexernix rayonlarının birində yaşayan kiçik icma yeni məbəd tikməyi, köhnə kilsəni isə muzeyə hədiyyə etməyi qərara alıb. Muzeyin hər guşəsində müqəddəslərin təsvirlərinə və kəndlilərin dərin dini etiqadına dəlalət edən digər nümunələri görmək olar. Məsələn bir lövhədə Ulu Tanrıya müraciətlə doğma evi hifz etmək arzu olunur.

Reyn əyalət “kənd istehlak cəmiyyəti”nın yaxınlığında muzeyin kafesi işləyir. Bu karvansaranın otaqlarının birində kənd poçt bölməsindəki şərait bərpa olunub. Antikvar telefonun yanındakı piştaxtaların üzərində belə bir ciddi plakat var: “Döşəməyə tüpürməyin!”. Xidməti masa üzərində neft lampası, teleqram mətnini yazmaq üçün blanklar və Morze sistemi ilə işləyən aparat diqqəti cəlb edir.

Rahatxana həyətdə yerləşir. Onlar da orijinaldır, hərçənd indi onlardan istifadə edilmir. 1867-ci ildə Xunsryuk dağ massivində yerləşən zavodların birində hazırlanmış çuqun su vannası və quyu nasosu isə həyətdə deyil, binaların birinin içərisində quraşdırılıb. Evin arxa planında Orta Reyndən gətirilmiş şərab presi var. Əlbəttə, Reyn əyalətini şərabsız təsəvvür etmək çətindir.

Muzeyin konsepsiyası orada təsadüfü əşyalar olmasını istisna edir. Burada hər şeyin öz yeri, elmi cəhətdən təsdiqlənmiş bu muzey məkanında olmaq üçün tarixi hüququ var. Hasardakı küpələrdən başlamış adi qaşığa qədər belədir. Yeri gəlmişkən, qaşıqlar barədə. “Qaşığı təhvil vermək” (Den Löffel abgeben) ifadəsi bir nəfərin dünyasını dəyişməsi deməkdir, Kommerndəki ekspozisiyalardan biri isə kənd yerində dəfn mərasimlərinə həsr edilib.

Odunla yandırılan sobalar ... Köhnə kənd evlərinin hər birində bu sobaların xüsusi yeri var. Burada belə sobaların demək olar ki, hamısı işlək vəziyyətdədir. Bəzən bu sobalarda köhnə reseptlər üzrə yemək hazırlanması nümayiş etdirilir. Ocaqların arxasındakı çuqun pilətələr (Takenplatte) xüsusi diqqətə layiqdir. Onları divarın içində, mətbəx ilə yaşayış otağı arasında quraşdırırlar. Bu pilətələri yandıranda sanki bir yerə toplanan istilik tüstüsüz şəkildə yataq otağına və digər otaqlara yayılır. Belə plitələrin üstünü naxışlarla və ya Bibliya mövzusunda səhnələrlə bəzəyirlər. Evlərdən birində quraşdırılmış plitənin üzərində bir varlı şəxs haqqında rəvayətin qəhrəmanları təsvir edilib. Təxminən 1550-ci ildə Ayfeldə hazırlanmış bu plitə üçün ağac üzərində oyma ustası Filip Zoldan tərəfindən hazırlanmış formadan istifadə edilib.

İndi isə kəndlilərin yataq otağına nəzər salaq. Qızmar yay günündə burada yerini rahatlamaq, yarım saat mürgüləmək arzusundan vaz keçmək çətindir. Lakin sırf forma səbəblər üzündən bu fikirdən imtina etməli oluruq. Bu köhnə çarpayıların ölçüləri o qədər kiçikdir ki, indi onlar yeniyetmələrin çoxu üçün də münasib deyil.

Almanlarda müdrik xalq kəlamları çoxdur. Məsələn, onlar deyirlər: “Xoşbəxtliyi qürbət eldə deyil, doğma divarlar arasında axtarın” ("Suche das Glück nicht weit, es liegt in der Häuslichkeit"). Parça üzərində tikmə üsulu ilə əks olunmuş və çərçivədə şüşə altına qoyulmuş belə nümunələr barədə ayrıca reportaj hazırlamaq olar. Onların oxunması isə eksponatların yanında izahat mətnlərinin oxunmasından heç də az maraqlı deyil. Bugünkü virtual ekskursiyamızın sonunda ziyarətçilər üçün faydalı informasiyanı təqdim edirik: muzey ilboyu açıqdır, istirahət günlərində və bayram günlərində də işləyir. Yaşlılar üçün muzeyə giriş biletinin qiyməti 6,5 avro, uşaqlar və 18 yaşa qədər yeniyetmələr üçün giriş sərbəstdir. Parklama haqqı 2,5 avro, ünvan: LVR-Freilichtmuseum Kommern. Eickser Straße, D-53894 Mechernich-Kommern.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib

Azərbaycanın hər bir çağırışı uğurlu gələcəyə böyük stimuldur - ŞƏRH

Mehriban İmanova: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun parlaq ifadəsidir