SİYASƏT


AZƏRTAC-ın və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının birgə təşəbbüsü ilə Kiyevin mərkəzində Xocalı soyqırımına dair banner yerləşdirilib

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının birgə təşəbbüsü ilə fevralın 25-dən Kiyev şəhərinin mərkəzində - Müstəqillik Meydanında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar banner yerləşdirilib.

Bannerdə Azərbaycanın üçrəngli bayrağı fonunda “Ana harayı” heykəlinin eskizi yer alıb.

Belə bir aksiyanın həyata keçirilməsinin məqsədi Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.