CƏMİYYƏT


AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın AdjaraTv12 kanalında erməni vəhşiliyindən danışıb

Tbilisi, 18 iyun, AZƏRTAC

Gürcüstanın AdjaraTv12 televiziya kanalı erməni işğalından azad edilmiş Kəlbəcər rayonu ərazisində mina partlaması nəticəsində şəhid olmuş azərbaycanlı jurnalistlər - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovla bağlı xüsusi veriliş hazırlayıb.

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə hazırlanan verilişdə erməni vəhşiliyi barədə tamaşaçılara ətraflı məlumat verilib, azərbaycanlı jurnalistlərə dəstək nümayiş olunub.

“Adjara PS” Mediaholdinqinin baş direktoru və baş redaktoru Cemal Meqrelidze müasir dünyada jurnalistikanın təhlükəli peşələr sırasında olduğunu qeyd edib. O, müharibə bölgələrindən və digər təhlükəli ərazilərdən reportajlar hazırlayarkən necə risk etdiklərini diqqətə çatdırıb.

C.Meqrelidze iyunun 4-də İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusunun işğaldan azad etdiyi Kəlbəcər rayonu ərazisində Azərbaycan Müdafiə Nazirliyinə məxsus avtomobilin minaya düşərək partlaması və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun, eləcə də digər mülki şəxslərin ölməsi və yaralanmasının əsl mina terroru və qatı cinayət olduğu bildirilir.

Verilişdə AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov çıxış edərək erməni vandallarının işğal olunmuş ərazilərimizdə törətdikləri vəhşiliklər, heç bir müharibə qanunlarına sığmayan cinayətləri barədə məlumat verib. İşğaldan azad olunmuş Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin həlak olmalarını erməni terrorunun və vəhşiliyinin sübutu olduğunu diqqətə çatdırıb.

AzTV-nin sədri Rövşən Məmmədov isə jurnalistlərin mina partlaması nəticəsində həlak olmalarını erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi olduğunu diqqətə çatdırıb.

Verilişdə çıxış edən Gürcüstan Jurnalistləri Müdafiə Komitəsinin və media üzrə digər ekspertləri jurnalistlərə qarşı edilən zülm, işgəncə və təzyiqləri pisləyib, dünya birliyini azərbaycanlı jurnalistlərin qətlini pisləməyə, terroru dəstəkləyən bütün dövlətlərə qarşı mübarizə tədbirlərini artırmağa çağırıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.