CƏMİYYƏT


AZƏRTAC-ın xüsusi müxbiri bosniyalıları Azərbaycanın Böyük Qələbəyə töhfəsi barədə məlumatlandırıb

Budapeşt, 14 may, AZƏRTAC

Bosniyanın populyar “krug99.ba” internet nəşrində AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidovun Azərbaycanın İkinci Dünya müharibəsində Böyük Qələbəyə töhfəsi barədə məqaləsi dərc olunub (https://www.krug99.ba/uloga-azerbejdzana-u-drugom-svjetskom-ratu/). Məqalədə müəllif Yuqoslaviya xalqlarının, o cümlədən bosniyalıların uzunsürən və amansız müharibə illərində göstərdikləri şücaətlərin Azərbaycanda yaxşı məlum olduğundan yazır.

Hitlerin məqsədi Bakını işğal etmək idi. Çünki o dövrdə ölkəyə neftin və yanacağın böyük hissəsini Bakı verirdi. Məqalədə qeyd edilir ki, Hitlerin Bakıyadək çatmaq səylərinə baxmayaraq, Azərbaycan birbaşa işğaldan xilas ola bildi. Bununla belə, alman aviasiyası paytaxtın neft obyektlərinə hava hücumlarını həyata keçirə bildi.

Materialda Azərbaycan xalqının faşizmin darmadağın edilməsində verdiyi böyük töhfə statistik rəqəmlərlə göstərilir. Lakin zahirən darıxdırıcı görünən rəqəmlərin arxasında Azərbaycanın hər bir sakininin - istər əməkçinin, istərsə də döyüşçünün əsl qəhrəmanlığı dayanır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.