CƏMİYYƏT


AZƏRTAC məqalə müsabiqəsi elan edir

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 20 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiqlənmiş 2017/2018-ci illər üçün MDB-yə üzv dövlətlərin humanitar əməkdaşlığı sahəsində Prioritet Tədbirlər Planına uyğun olaraq, ailə dəyərlərinə həsr edilmiş məqalələrin açıq müsabiqəsini elan edir.

Müsabiqəyə 2017-ci il yanvarın 1-dən 2018-ci il oktyabrın 1-dək olan dövrdə mövzuya aid hazırlanmış və kütləvi informasiya vasitələrində yerləşdirilmiş jurnalist materialları qəbul edilir.

Materiallar rus dilində yazılmalıdır və “Müsabiqəyə” qeydi ilə [email protected] və yaxud [email protected] ünvanına göndərilməlidir.

Materialların janrı reqlamentləşdirilmir.

Çap edilmiş materialın həcmi sözlər arasında boşluqlar da daxil olmaqla, 4000-9000 işarə olmalıdır.

Bir müəllif yalnız bir material təqdim edə bilər.

Müsabiqəyə təqdim edilən materiallara rəy verilmir, qonorar ödənilmir və materiallar müəllifə qaytarılmır.

Müsabiqə üçün işlər 2018-ci il noyabrın 20-dək qəbul edilir.

Müsabiqənin qalibləri 2018-ci il dekabrın 15-dən gec olmayaraq müəyyən ediləcək.

Müsabiqənin təşkilatçısı tərəfdaşlarla birlikdə müsabiqənin münsiflər heyətini formalaşdırır.

Münsiflər heyəti müsabiqəyə daxil olmuş materialları nəzərdən keçirir və hər bir materiala 1 baldan 10 bala qədər qiymət verir.

Müsabiqə işləri qiymətləndirilərkən materialın aktuallığı, mövzuya müvafiqliyi; informasiya dolğunluğu, mövzunun işıqlandırılma dərinliyi; şərh üslubu və informasiyanın təqdim edilməsinin peşəkarlığı, onun auditoriyaya təsir gücü; informasiyanın obyektivliyi; toxunulan problemə konstruktiv yanaşma, təklif edilən həllərin səmərəliliyi nəzərə alınır.

Münsiflər heyətinin bütün üzvləri tərəfindən qiymətləndirmənin yekunlarına əsasən ən çox bal toplamış materiallar ən yaxşı hesab ediləcək. Belə işlərin müəllifləri müsabiqənin qalibləri hesab ediləcək və mükafatlandırılacaq.

Qaliblər üçün bir birinci, iki ikinci və üç üçüncü mükafat təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.