İQTİSADİYYAT


AZERCELL MOBİL RABİTƏ SAHƏSİNDƏ ÖNDƏ GEDİR

Azercell Telekom Birgə Müəssisəsi 7 ildən artıqdır ki, Azərbaycanda uğurla fəaliyyət göstərir və artıq respublikanın mobil rabitə liderinə çevrilmişdir. Yarandığı ilk gündən ölkəmizin rabitə sahəsinə böyük həcmdə sərmayə qoymuş və ən müasir texnologiyaları tətbiq etmişdir.

Azercell-in mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda abonentlərin sayı 900 mindən artıqdır. Beləliklə, Birgə Müəssisə penetrasiya (abonentlərin əhalinin ümumi sayına olan nisbəti) göstəricilərinə görə bütün MDB məkanında mobil rabitə operatorlarının ön sırasında gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.