İQTİSADİYYAT
AZERCELL ÖZÜNÜN BEYNƏLXALQ RABİTƏ ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRİR
Mobil rabitə operatoru Azercell Telekom Birgə Müəssisəsi 7 ildir ki, Azərbaycanda nəinki telekommunikasiyanın, eləcə də ölkə iqtisadiyyatının əsas sahələrindən birinə çevrilmişdir. Keçid dövrünü yaşayan digər ölkələr kimi, Azərbaycan da dünyanın siyasi və iqtisadi sisteminə inteqrasiya olunur. Ona görə də respublikada beynəlxalq rabitənin inkişafı çox böyük strateji əhəmiyyət daşıyır.
Azercell-in mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda abonentlərimiz Avropa, Asiya, Amerika və Afrika ölkələrində mobil rabitə xidmətindən maneəsiz istifadə edə bilirlər. Təkcə 2003-cü ildə Birgə Müəssisə 17 ölkədən olan 45 operatorla rouminq sazişi bağlamış, həmçinin dünyanın 87 ölkəsi və 188 operatoru ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]