İQTİSADİYYAT


AZERSELL TELECOMUN ROUMİNQ TƏRƏFDAŞLARININ SAYI ARTIR

Azərbaycanın mobil rabitə sahəsində qabaqcıl operator olan Azersell Telecom BM öz rouminq tərəfdaşlarının siyahısını genişləndirməkdə davam edir.

Birgə müəssisədən verilən məlumatda deyilir ki, bu günlərdə Almaniyanın “02” operatoru Azersell Telecomun sayca dördüncü rouminq tərəfdaşı olmuşdur. Bundan başqa Azersell Telecom abonentləri Almaniyada E - Plus, T-Mobile və Vodafone operatorlarının abonentləri ilə də əlaqə yarada biləcəklər.

Azersell Telecomun “02” operatoruna qoşulması Azərbaycan-Almaniya iş adamları arasında işgüzar əlaqələrin daha da inkişaf etdirilməsində xüsusi rol oynayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.