İQTİSADİYYAT


AZPROMO Dubayda keçirilən beynəlxalq konfransda təmsil olunub

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən, İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) vitse-prezidenti Yusif Abdullayev qurumun Dubayda keçirilən konfransında ölkəmizi təmsil edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, bir çox ölkələrdən dövlət rəsmiləri, investisiya təşviqi agentlikləri, özəl sektor təmsilçiləri və investisiya siyasəti ilə məşğul olan mütəxəssislərin qatıldığı konfransda müxtəlif ölkələrdən olan investisiya təşviqi agentlikləri investisiya imkanlarının genişləndirilməsi istiqamətində yeni texnologiyaların və trendlərin tətbiqinə dair müzakirələr aparıb.

Tədbirdə WAIPA-nın 2018-ci il üzrə hesabatı dinlənilib, 2019-cu ildə qarşıda duran vəzifələr, keçiriləcək tədbirlərlə bağlı təqdimatlar keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.