İQTİSADİYYAT


AZPROMO “SUNQALI” MMC ilə əməkdaşlıq edəcək

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) “SUNQALI” MMC ilə əməkdaşlıq edəcək.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən suvenir hədiyyələrinin “trio” (tar, kaman, qaval) mallarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının qərarına əsasən “SUNQALI” MMC qalib elan edilib və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.