İQTİSADİYYAT


AZPROMO nümayəndələri Yaponiyada bir sıra görüşlər keçirib

Bakı, 22 iyun, AZƏRTAC

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri Yaponiyaya səfər çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə işgüzar görüşlər keçirib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Yaponiyanın turizm və enerji sahəsində fəaliyyət göstərən “H.I.S. Co. LTD”, qablaşdırma, logistika və turizm sferasında fəaliyyət göstərən “KOIKE Corporation Limited” şirkətlərinin nümayəndələri ilə təşkil edilən görüşlərdə ticarət və investisiya istiqamətində qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi, Yaponiyaya ixrac prosedurlarına dair fikir mübadiləsi aparılıb.

Yaponiyanın “Jetro” (Yaponiya Xarici Ticarət Təşkilatı) və AZPROMO nümayəndələri arasında keçirilən görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad olunmuş ərazilərinin iqtisadi potensialı barədə məlumat verilib, Yaponiyada keçirilən beynəlxalq sərgilərdə iştirak məsələləri müzakirə olunub.

“JİCA” Agentliyinin rəhbər heyəti ilə görüşdə AZPROMO nümayəndələri ikitərəfli əməkdaşlıq əlaqələrini qurulması və birgə tədbirlərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.