İQTİSADİYYAT


AZPROMO-nun yeni saytı istifadəyə verilib

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi internet səhifəsi “www.azpromo.az” yenilənmiş dizaynda istifadəyə verilib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, saytın yenilənməsində məqsəd Azərbaycanda yaradılmış biznes və investisiya mühiti, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyi, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması və təşviqi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi tədbirləri və sair barədə məlumatların ictimaiyyətə çatdırılması, iqtisadi xəbərlərin, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin daha geniş və operativ yayılmasıdır.

Sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, fərqli struktura və müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib. Bundan başqa, məlumatların ötürülməsinin təşkili və təkmilləşdirilməsi, zamanından və coğrafiyasından asılı olmayaraq xəbərlərin ictimaiyyətə çatdırılmasını sürətləndirmək məqsədilə AZPROMO-nun rəsmi səhifəsi ilə yanaşı, mobil tətbiqi də istifadəyə veriləcək. Mobil tətbiq istifadəçilərə informasiya, hüquqi, təşkilati, marketinq dəstəyi ilə yanaşı, İxracatçılar Klubuna üzv olmaq üçün qeydiyyat bölməsindən yararlanmaq imkanı yaradır. Mobil tətbiq vasitəsilə keçirilən tədbirlərə qeydiyyatın aparılması da mümkün olacaq. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatları ilə tərtib olunan mobil tətbiqi həm "Android", həm "iOS" əməliyyat sistemlərindən yükləmək mümkün olacaq. AZPROMO-nun rəsmi səhifəsi və mobil tətbiqinin daha da təkmilləşdirilməsi istiqamətində işlər davamlı olaraq aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.