İQTİSADİYYAT


AZPROMO ilə “KazakhExport” Anlaşma Memorandumu imzalayıb YENİLƏNİB VİDEO

Bakı, 23 may, Ramiz Quliyev, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Qazaxıstanın “KazakhExport” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənəd mayın 23-də İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən Azərbaycan-Qazaxıstan işgüzar görüşü zamanı imzalanıb. Sənəddə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün qarşılıqlı əməkdaşlıq, müntəzəm olaraq iqtisadi, ticarət və biznesə dair məlumatlar və sahibkarların dəstəklənməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsi, hər iki ölkənin sahibkarları arasında mövcud əlaqələrin genişləndirilməsi və yeni əlaqələrin yaradılması, həmçinin digər məsələlər öz əksini tapıb.

İşgüzar görüşdə AZPROMO-nun prezidenti Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan və Qazaxıstan tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, konsaltinq, tikinti, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.