İQTİSADİYYAT


AZPROMO xaricdə təşkil olunan sərgilərdə Azərbaycanın turizm potensialı barədə məlumatlar yayacaq

Bakı, 21 noyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) gələn il xaricdə təşkil olunan sərgilərdə Azərbaycanın turizm potensialı barədə də xarici şirkətlərə məlumatlar yayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov deyib.

O bildirib ki, AZPROMO-nun tək məqsədi məhsullarımızın nümayişi deyil. Həmçinin ölkəmizin tanıdılması, turizm potensialının xarici ölkələrin iş adamlarına çatdırılması da qarşıya qoyulan məqsədlərdəndir. Bununla əlaqədar olaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparılır. Gələn ildən xaricdə təşkil olunan sərgilərdə Azərbaycanın turizm potensialı və ölkənin tanıdılması ilə bağlı məlumatlar stendlərdə geniş kütləyə çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.