CƏMİYYƏT
“A Haber” telekanalı: erməni quldurları Qarsda 360 türkü diri-diri yandırıblar
Ankara, 4 may, AZƏRTAC
Erməni silahlı birləşmələrinin XX əsrin əvvəllərində Anadolunun şərqində müsəlman-türk əhaliyə qarşı törətdikləri bəşəri cinayətlər tükürpərdicidir. Bu cinayətlərin ən bariz nümunəsi bir-birinin ardınca aşkar edilən kütləvi məzarlıqlardır. Əksəriyyəti təsadüf nəticəsində üzə çıxan bu məzarlıqlardakı cəsədlərin türklərə məxsus olması testlərlə təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin “A Haber” telekanalı erməni cinayətləri ilə bağlı daha bir reportaj yayımlayıb. Kütləvi məzarlıqlar, yerli əhalinin ifadələri və arxiv materialları əsasında hazırlanmış reportajda Qarsdakı “Ulu” məscidində törədilən bəşəri cinayətdən bəhs edilir. Əsl soyqırımı olan bu cinayətin təfərrüatı belədir: “1920-ci ildə bölgədə ağır cinayətlər törədən erməni silahlı birləşmələri aralarında qadın, qoca və uşaqların da olduğu 360 yerli türkü məscidə dolduraraq diri-diri yandırıblar”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:53]
Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb
- 23.04.2024 [14:52]
Araşdırma: qocalıq nə vaxt başlayır?
- 23.04.2024 [14:45]
COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək
- 23.04.2024 [14:44]
DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb
- 23.04.2024 [14:30]