İQTİSADİYYAT
“A-Qroup Sığorta Şirkəti” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib
Bakı, 4 avqust, AZƏRTAC
“İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq “A-Qroup Sığorta Şirkəti” ASC İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının reyestrinə daxil edilib.
İSB-dən AZƏRTAC-a bildirilib ki, iştirakçı sığortaçılarla İcbari Sığorta Bürosu arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər müvafiq qanunvericilik və nizamnaməyə uyğun olaraq aparılır.
Xatırladaq ki, sığortaçının istənilən sığorta növü üzrə fəaliyyət göstərməsi üçün Sığorta Fəaliyyəti Haqqında və İcbari Sığortalar Haqqında qanunun tələblərinə bağlı olaraq nəzarət orqanı tərəfindən icazə verilməldir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]