CƏMİYYƏT


“Abad həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışı olub

Bakı, 19 may, AZƏRTAC

Paytaxtın Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Rayon ərazisində daha bir “Abad həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışı olub.

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində 600-dən çox sakinin yaşadığı Moskva prospekti 90 və 92 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 90 və 92 saylı binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib.

Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 2000 kvadratmetr asfalt örtüyü, 1500 kvadratmetrdən artıq qazon, 500 kvadratmetr tamet daşı vurulub, 300 poqonometrdən artıq yeni bardürlər və kiçik tullantıların atılması üçün yeni zibil qutuları qoyulub, 150 poqonometr istinad divarı bərpa olunaraq aqlay daşla üzlənib. Əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, məhəlləyə 50 ədəd müxtəlif növ həmişəyaşıl ağac, 500-dən artıq gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Yaşıllıqların suvarılması üçün 200 poqonometr su xətti, atmosfer sularının kənarlaşdırılması üçün kanalizasiya xətti çəkilib. Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.